AZ   |   RU
“Ermənistanla yeni böyük müharibəyə girə bilərik” - Deputat

“Əgər Paşinyan tezliklə sülh sazişi imzalamasa, onu ya istefaya göndərib həbs edəcəklər, ya da güllələyəcəklər”

“Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin bərpası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prinsipial mövqeyindən asılı olacaq”. 

Missiya.Az Haqqın.az-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın türk dövlətləri ilə sıx əməkdaşlıq etməsi lazımdır. “Təəssüf ki, Rusiya bu gün münaqişənin yekun həllində maraqlı deyil. Bu baxımdan Türkiyə və türk dövlətləri ilə ciddi işləmək lazımdır. Biz və müttəfiqlərimiz Rusiyaya müvafiq təkliflər verməli, tələblər irəli sürməli və onu qəbul etməyə inandırmalıyıq. Yəni Moskva ya Qarabağa olan suveren hüquqlarımızı tanıyıb sülhə töhfə verməli olacaq, ya da Azərbaycan və Türkiyəni itirəcək”, - deyə deputat hesab edir.

Eyni zamanda millət vəkili separatçıların   keçmiş “dövlət naziri” Ruben Vardanyanın, Ermənistanın eks-prezidentləri Robert Köçəryanın və Serj Sarkisyanın “ekstradisiyasını”n da tələb olunduğunu əlavə edib.



“Əgər Paşinyan tezliklə sülh sazişi imzalamasa, 1999-cu ilin oktyabrında parlamentdə baş nazir Vazgen Sarkisyan və spiker Stepan Dəmirçyan kimi ya hakimiyyətdən uzaqlaşdırılacaq, ya həbs olunacaq, ya da güllələnəcək. Bundan sonra ya Qarabağda mövcud status-kvonun qorunub saxlanmasını qəbul etməli olacağıq, ya da Rusiyanın açıq şəkildə müdafiə etdiyi Ermənistanla yeni böyük qanlı müharibəyə girəcəyik. Ona görə də biz Qarabağ üzərində suverenliyi indi bərpa etməliyik”, - deyə Qüdrət Həsənquliyev vurğulayıb.

Elcan
Missiya.Az



  • 25-05-2023, 12:08