AZ   |   RU
Türkiyədə zəlzələ qurbanlarının sayı 1 762 nəfərə çatıb, 12 mindən çox yaralı var

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 5 606 bina dağılıb. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

  • 6-02-2023, 23:34