AZ   |   RU
Türkiyə və Portuqaliyanın XİN başçıları Cənubi Qafqazdakı durumu müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Portuqaliyanın xarici işlər naziri Joao Qomes Kravinyo Cənubi Qafqazdakı durumu müzakirə edib.

Missiy.Az
“Report”a istinadən xəbər verir ki, bunu M.Çavuşoğlu yanvarın 30-da Ankarada həmkarı ilə birgə mətbuat konfransında deyib.

“Cənubi Qafqazdakı durum, həmçinin Ermənistanla münasibətlər barədə danışdıq”, - XİN başçısı vurğulayıb.

O bildirib ki, görüşdə Bakı-İrəvan, Ankara-İrəvan münasibətlərinin son mərhələsi barədə müzakirələr aparılıb: “Bundan başqa, Ukraynadakı durumu, Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə etdik”.

  • 30-01-2023, 13:04