AZ   |   RU
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir. Xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva vida mərasimində iştirak edir.

Orxan Əsgərovun evinin qarşısında fəxri qarovul düzülüb.

Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılacaq.

Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

  • 30-01-2023, 11:29