AZ   |   RU
Peruda etirazlar zamanı 60-dan çox insan xəsarət alıb

Etiraz aksiyaları zamanı polislə toqquşma nəticəsində onlarla perulu yaralanıb.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Perunun insan hüquqları üzrə komissarı Eliana Revolyar məlumat yayıb.

Etirazların keçirildiyi müxtəlif bölgələrdə polis daş və şüşə butulkalar atan nümayişçiləri qovmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yanvarın 20-nə olan məlumata görə, etirazlar nəticəsində Arekipada 14 mülki şəxs və 4 polis, Kuskoda 12 mülki və bir polis, Punoda 7 və paytaxt Limada 25 vətəndaş (cəmi 63 nəfər) yaralanıb. Yanvarın 15-də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaların baş verdiyi rayonlarda fövqəladə vəziyyət elan edilib.

Ölkədə 30 günlük xüsusi rejim tətbiq edilib.


  • 21-01-2023, 19:49