AZ   |   RU
Rusiya MN binalara yerləşdirilən HHM sistemlərinə münasibət bildirib

Rusiya Müdafiə Nazirliyi ölkənin Moskva vilayətində hərbi və inzibati obyektlərinin damına hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə münasibət bildirib.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat müdafiə qurumunun saytında yer alıb.

“Moskva vilayətində mühüm hərbi, sənaye və inzibati obyektlərə hava hücumlarının dəf edilməsi üçün Qərb Hərbi Dairəsinin zenit-raket briqadasının şəxsi heyəti ilə təlim keçirilib”, - Qərb Hərbi Dairəsinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, “S-300” hava hücumundan müdafiə sisteminin döyüş növbətçiliyi zamanı hərbçilər şərti rəqibin diversiya qrupunun texnika karvanına hücumunu dəf edib.

Qeyd edək ki, son günlər Rusiyanın yerli teleqram kanallarında paytaxt Moskvanın bir sıra binalarında, eyni zamanda Müdafiə Nazirliyinin mənzil-qərargahının damında hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə dair görüntülər yayılmışdı.


  • 21-01-2023, 18:23