AZ   |   RU
Çində qar uçqunu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Çinin cənub-qərbindəki Tibet muxtar bölgəsində tunel yaxınlığında baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Daha əvvəl telekanal 20 nəfərin öldüyü, 8 nəfərin isə itkin düşdüyü barədə məlumat vermişdi.

Qar uçqunu çərşənbə axşamı Nyinçi şəhəri yaxınlığında olub. Xilasedicilərin sözlərinə görə, uçquna səbəb bölgədə güclü külək və temperaturun yüksəlməsi ola bilər. Xilasetmə əməliyyatına mindən çox insan cəlb olunub.


  • 20-01-2023, 22:16