AZ   |   RU
BMT Baş Assambleyasının sədri bütün ölkələri Ukraynada sülhə töhfə verməyə çağırıb


BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi üzv ölkələri Ukraynada sülhə nail olmaq üçün bütün mümkün kanallardan istifadə etməyə çağırıb.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, Kyoryoşi bu barədə əsas məsləhət orqanının iclasında çıxış edib.

"Təəssüf ki, Ukraynadakı müharibə tezliklə ikinci ilinə qədəm qoyacaq. Bu, çoxtərəfli sistemin tam mərkəzində iğtişaşlara gətirib çıxarır", - BMT rəsmisi deyib.


  • 17-01-2023, 21:07