AZ   |   RU
Goranboyda ağır avtomobil qəzası olub, xəsarət alanlar var

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Missiya.Az 
"Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonun Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.


  • 12-01-2023, 22:09