AZ   |   RU
Yunanıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib - Fotolar

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evinin təşkilatçılığı ilə Yunanıstanın ikinci böyük şəhəri olan Salonikidə tədbir keçirilib.

Missiya.Az 
xəbər verir ki, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evinin sədri Rəşid Məmmədov çıxış edərək, Cəmiyyətin üzvləri və tədbird iştirakçılarına Ulu Öndərin mənalı həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında əvəzsiz rolunu və xaricdə, o cümlədən Yunanıstanda yaşayan azərbaycanlıların Heydər Əliyev irsinə, onun azərbaycançılıq məfkurəsinə dərindən bağlı olduqlarını vurğulayıb.


Türkoloq alim Sokrat bəy Angelidis çıxış edərək Ulu öndər, böyük şəxsiyyətin dahiliyini dilə gətirib və Azərbaycan tarixi haqqında fikirlərini bölüşüb.

Tədbirin sonunda ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Missiya.Az








  • 8-01-2023, 16:22