AZ   |   RU
Türkiyədə iki yol qəzasında 7 nəfər ölüb, 30 nəfər yaralanıb

Bu gün Türkiyənin iki ayrı şəhərində müxtəlif vaxtlarda baş vermiş yol qəzalarında ümumilikdə 7 nəfər ölüb, 30 nəfər yaralanıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisələrdən biri Kırşehir əyalətinin Akpinar rayonunda baş verib.

Belə ki, ərazidə yolların buz bağlaması və havanın dumanlı olması səbəbindən zəncirvari yol qəzası olub. Nəticədə 2 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Bundan əlavə, digər yol qəzası səhər saatlarında Diyarbakır şəhərində - Diyarbakır-Silvan avtomobil yolunun Bağdərə hissəsində baş verib. Belə ki, Konyadan-İğdır istiqamətində hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində biri körpə olmaqla 5 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Bu yol qəzasına da səbəb kimi yağışlı və əlverişsiz hava şəraiti nəticəsində yolların sürüşkən olması göstərilir.

Hər iki hadisənin baş verdiyi ərazilərə polis əməkdaşları, təcilli tibbi yardım və xilasetmə briqadaları cəlb olunub.

Faktlar bağlı araşdırmalar aparılır.


  • 7-01-2023, 13:58