AZ   |   RU
Macarıstanda terrorçuluqda şübhəli bilinən Belçika vətəndaşı saxlanılıb
Macarıstan polisi terror fəaliyyətində iştirakda şübhəli bilinərək beynəlxalq axtarışa verilmiş Belçika vətəndaşını saxlayıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Budapeştin Baş Polis İdarəsi məlumat yayıb.

Belçikalı 29 yaşlı qadın Nepliget avtovağzalının ərazisində tutulub.

Hazırda Macarıstanda onun ekstradisiyası məsələsinə baxılacaq.


  • 6-01-2023, 21:25