AZ   |   RU
Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb

​​​​Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobus öncə minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

  • 3-01-2023, 14:56