AZ   |   RU
Dəhşətli qəzada ölən 5 nəfərin kimliyi bilindi


Bakıda ağır yol qəzası nəticəsində ölənlərin kimliyi məlum olub. 

Missiya.Az
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat yayılıb. “Ulduz” metrostansiyası yaxınlığında qeydə alınan hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Onlar “Mercedes” markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev;

Sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova;

1997-ci il təvəllüdlü Jalə Aslanova;

2001-ci il təvəllüdlü Könül Namazova;

“Toyota”nın sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir. 

İlkin məlumata görə, qəza “Mercedes”in digər maşının yoluna çıxması səbəbindən baş verib.

  • 1-01-2023, 18:02