AZ   |   RU
Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə estrada-caz konserti keçirilib

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə “Bu həyat qədər” adlı estrada-caz konserti keçirilib.

Missiya.Az xəbər verir ki, yubiley tədbirində Mədəniyyət Nazirliyinin nümayəndələri, xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Qaya” Dövlət Ansamblı, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada Simfonik Orkestri, eləcə də tanınmış Xalq artistləri, gənc ifaçılar çıxış edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

  • 6-12-2022, 20:16