AZ   |   RU
Kim Çen İnın bacısı qərb ölkələrinə qəzəbləndi
Şimali Koreya lideri  Kim Çen İnın bacısı Kim Yo Conq səs-küylü açıqlaması ilə gündəmə gəlib.

Missiya.Az
xəbər verir ki, Koreyanın ikinci adamı sayılan Conq ABŞ-a xəbərdarlıq etdikdən sonra digər ölkələrin qəzəbinə tuş gəlib.

Kim Yo Conq isə çıxış yolunu onları təhqir etməkdə görüb:

"Britaniya, Fransa, Avstraliya, Yaponiya və Cənubi Koreya kimi cır-cındırların iyrənc  bəyanat yayması düzgün deyil".

Qeyd edək ki, ABŞ və bir çox qərb ölkələri Şimali Koreyanı ballistik raket hücumlarına görə tənqid etmişdi.

  • 24-11-2022, 21:58