AZ   |   RU
"Bu il 1100 mənzil şəhid ailələrinə və qazilərə təqdim edilib" Nazir müavini
"Bu il 1100 mənzil şəhid ailələrinə və qazilərə təqdim edilib".

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, bu il üzrə şəhid ailələrinə və qazilərə, ümumilikdə, 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslər avtomobillə də təmin edilir.

Nazir müavini vurğulayıb ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə 300-dən çox, ümumilikdə, ötən dövrdə 7500-dən çox avtomobil təqdim olunub.


  • 19-11-2022, 11:49