AZ   |   RU
Şəmkirdə avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Şəmkir rayonunda idarəetmədən çıxan "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb, sürücü və sərnişini xəsarət alıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, hadisə rayonun "Karaz yolu" adlanan yolda qeydə alınıb.
Hadisə nəticəsində Gədəbəy rayon sakini, 2004-cü il təvəllüdlü Pərvin Sahib oğlu Mustafayev və Şəmkir rayon sakini, 2007-ci il təvəllüdlü Aşırəlıyev Ayxan Elbrus oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


  • 17-11-2022, 19:27