AZ   |   RU
Fransada uşaqlar kibercinayətlərdən qorunacaq

Fransa prezidenti Emmanuel Makron uşaqları zorakılıq, kibertəcavüz və internetdəki uyğunsuz məzmundan qorumaq üçün bir bölmə yaradılacağını açıqlayıb.

Missiya.Az
Haber7.com-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 

Fransa prezidenti Emmanuel Makron qeyd edib ki, bu struktur uşaqları internetdə daha yaxşı qorumaq yollarını müəyyən etməlidir. 

İnternet istifadəçilərinin yaşını müəyyən etmək və azyaşlıları yaxşı qorumaq üçün məxfiliyə və şəxsi məlumatlara hörmət çərçivəsində Amazon, Meta, Microsoft və Tik Tok kimi onlayn platformalar, həmçinin Fransa, Estoniya, Yeni Zelandiya arasında dəqiq iş aparacaq bir bölmənin yaradılması üçün müqavilə imzalanıb. 
 
Leyla Səməındər
Missiya.Az


  • 11-11-2022, 18:06