AZ   |   RU
Gəncədə yataqxanada yanğın olub, bir nəfər təxliyə olunub


Gəncə şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

Missiya.Az
"Report"a  istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Binanın 2-ci mərtəbəsinin mətbəxində 1 ədəd dolab yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 4 m² sahədə qarsalanıb.
Yanğın zamanı 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • 9-11-2022, 21:27