AZ   |   RU
Azərbaycanla Çexiya arasında neft-qaz sektorunda qarşılıqlı əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Çexiya arasında neft-qaz sektorunda qarşılıqlı əməkdaşlıq müzakirə olunub.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə noyabrın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçeklə görüşündə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, M.Sedlaçek Çex televiziyasının "Xaricdən mənzərələr" proqramının bir hissəsi kimi hazırlanacaq sənədli filmin “Neft Daşları”nda çəkilişləri üçün göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq əlqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında iqtisadi sahədə, o cümlədən neft-qaz sektorunda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • 1-11-2022, 20:29