AZ   |   RU
Ölkədə qida məhsullarının istehsalı artıb

Emal sənayesində 2022-ci ilin yanvar-avqust aylarında 11584,2 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Missiya.Az
Trend-ə istinadən xəbə verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 13,2 faiz, tütün məmulatlarının istehsalında 2,4 faiz artım, içki istehsalında isə 6,1 faiz azalma
müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 24,7 faiz, kərə yağının istehsalı isə 0,3 faiz, duru bitki yağlarının istehsalı 0,1 faiz artıb.


  • 4-10-2022, 20:47