AZ   |   RU
Ağstafa rayonunda ağacəkmə tədbiri keçirilib -Fotolar
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ötən gün Anım günü ilə əlaqədar ağacəkmə aksiyasında iştirak edib.

Missiya.Az xəbər verir ki, Seymur Orucov bu barədə facebook hesabında paylaşdığı fotolarla bərabər bu sözləri yazıb:

"Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşmuş şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Ağstafada ağacəkmə aksiyasında iştirak etdik"- deyə Seymur Oruvov qeyd edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az
 


Baxış sayı: 116
  • 28-09-2022, 20:35