AZ   |   RU
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, köhnə Ələt-Astara avtomobil yolunun şəhərindən keçən hissəsində Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Qasımov Qardaşəli Malik oğlunu "VAZ-2106" markalı minik avtomobili vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • 19-09-2022, 23:07