AZ   |   RU
KTMT missiyası Ermənistan-Azərbaycan sərhədində deeskalasiya üçün təkliflər hazırlayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə TASS-a KTMT-nin Birgə Qərargahının mətbuat xidmətindən məlumat verilib.

Bu gün Ermənistanın Müdafiə Nazirliyində KTMT-nin bu ölkədəki missiyası qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov Ermənistanla Azərbaycan arasında sərhəddə müəyyən ərazilərdə vəziyyətin təhlilinin nəticələri, əsas nəticələr və müvafiq tədbirlərə dair təkliflər haqqında Ermənistanın müdafiə nazirinə məlumat verib.

Bildirilir ki, konstruktiv fikir mübadiləsi aparılıb. Hazırlanan təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.

Qeyd edək ki, Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qrupu Moskvaya yola düşüb.


  • 19-09-2022, 22:28