AZ   |   RU
Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Ombudsman Səbinə Əliyeva Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyevi qəbul edib.
Görüş zamanıqurumlar arasında miqrasiya sahəsində mövcud səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə dair müzakirə aparılıb.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, Ombudsman qeyd edib ki,miqrantlarvə onların ailə üzvlərinin hüquqlarının təmini, statuslarının leqallaşdırılması və davamlı inteqrasiyası daim diqqətdə saxlanılır. O bildirib ki, bu şəxslərin təhsil, əmək, pensiya təminatı, sağlamlığın qorunması və digər hüquqlarının səmərəli müdafiəsi, onlara yönəlmiş sosial dəstəyin gücləndirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində bir çox məsələlər öz həllini tapıb.

S.Əliyeva əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin tənzimlənməsi ilə bağlı Ombudsman təsisatı tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verib. Qloballaşan miqrasiya prosesləri fonunda insan hüquqlarının qorunması, qanunsuz miqrasiya ilə mübarizə, insan alverinin qarşısının alınması sahəsində birgə səylərin əlaqələndirilməsinin vacibliyiqeydolunub.

Görüşdə həmçinin miqrantların hüquqlarının müdafiəsi sahəsində sosial çarxların, bukletlərin hazırlanması və digər birgə fəaliyyət istiqamətləri haqqında razılığa gəlinib. Eyni zamanda, miqrantların hüquqlarının milli və beynəlxalq hüquq normalarına uyğun təmini ilə bağlı həm paytaxtda, həm də regionlarda interaktiv görüşlərin keçirilməsi, təlimlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparılıb.
Səmimi görüşə görə Ombudsmana minnətdarlığını bildirən V.Gyorgiyev ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib.


  • 19-09-2022, 20:17