AZ   |   RU
Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməkdən uzaqdır - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi

Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməkdən uzaqdır.

Missiya.Az
xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

"Biz Ermənistan nümayəndəsinin səsləndirdiyi ittihamları qətiyyətlə rədd edirik. Tamamilə aldadıcı, təhrif olunmuş və məkrli olan bu ittihamlar Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməkdən, regionumuzda sülh, sabitlik və əməkdaşlığı təşviq etməkdən nə qədər uzaq olduğunu göstərir. Qəribədir ki, Ermənistan kimi Azərbaycana qarşı təcavüz etmiş, 30 ilə yaxındır ki, ölkəmin suveren ərazisini işğal etmiş, müharibə zamanı genişmiqyaslı etnik təmizləmə aparmış və digər ağır cinayətlər törətmiş bir dövlət indi davamlı olaraq pozduğu norma və prinsiplərdən həvəslə danışır, qətnamələrini yerinə yetirməkdən imtina etdiyi BMT Təhlükəsizlik Şurasına qeyri-məhdud toxunulmazlıq ümidi ilə müraciət edir", - deyə Y.Əliyev qeyd edib.


  • 15-09-2022, 22:07