AZ   |   RU
Şəhid Amin Qəfərli II Fəxri Xiyabanda dəfn edilib

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan əsgər Amin Rasim oğlu Qəfərlinin nəşi bu gün gecə saatlarında Bakıya gətirilib.

Missiya.Az
xəbər verir ki, 2004-cü il təvəllüdlü Amin Qəfərli ilə Bakıda yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhidin cənazəsi dəfn edilmək üçün II Fəxri Xiyabana gətirilib və orada dəfn edilib.

Əslən Zəngilan rayonunun Zərnəli kəndindən olan Amin Qəfərli Bakı şəhərində anadan olub.


  • 15-09-2022, 21:14