AZ   |   RU
Müdafiə Nazirliyi: “Sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”
Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsa”ssız məlumatlar paylaşılır.

Müdafiə Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq.


  • 14-09-2022, 23:59