AZ   |   RU
KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı işçi qrup yaratmağı təklif edib

KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti təhlil etmək üçün işçi qrup yaratmağı təklif edib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, təklif KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səsləndirilib.

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkəsinin Ermənistanla Azərbaycan arasında məsələlərin alternativsiz, yalnız siyasi və diplomatik üsullarla sülh yolu ilə həllindən çıxış etdiyini diqqətə çatdırıb.

"Mövcud vəziyyət hərtərəfli araşdırma tələb edir", - o əlavə edib.

İclasda operativ şəkildə atılması mümkün görünən addımlar təklif olunub. Onların arasında KTMT-nin baş katibi Stanislav Zasın dövlət başçılarına ətraflı məruzə hazırlamaq üçün münaqişə zonasına getməsi, vəziyyəti təhlil etmək üçün Katibliyin və KTMT Birgə Qərargahının əməkdaşlarından ibarət işçi qrupun yaradılması da var.





  • 13-09-2022, 23:42