AZ   |   RU
Çavuşoğlu: "Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib.

Missiya.Az
xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə tviter hesabında yazıb.

"Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə başsağlığı, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq", - Çavuşoğlu sosial şəbəkə hesabında yazıb.

  • 13-09-2022, 22:36