AZ   |   RU
Ceyhun Bayramov şəhid hərbi qulluqçuların ailələrinə başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şəhid hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

Missiya.Az
xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:
"Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"

 



  • 13-09-2022, 22:25