AZ   |   RU
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri – general-polkovnik Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladze arasında üçtərəfli görüş başlayıb.

Missiya.Az xəbər verir ki, görüş Gürcüstanın Kaxeti bölgəsində Tsinandali kəndində keçirilir.

Tərəflər üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivlərini və bölgədəki vəziyyəti müzakirə edirlər.


  • 5-10-2021, 12:55