AZ   |   RU
İlham Əliyev onu Pakistana səfir təyin etdi

zərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Missiya.Az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə Xəzər Nadir oğlu Fərhadov təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, yeni səfir X. Fərhadov 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib.
 


  • 16-07-2021, 17:54