AZ   |   RU
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəldi

Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib.

Missiya.Az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.


  • 5-07-2021, 16:30