AZ   |   RU
Energetika naziri İvana Duarteni qəbul edib
 
Energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarteni qəbul edib.

Missiya.Az
xəbər verir ki, bu barədə Nazirliyə istinadən xəbər verir.

EBRD-in dəstəyi ilə enerji sahəsində həyata keçirilən layihələri qeyd edən xanım Duarte Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edib.

Görüşdə EBRD ilə həm ənənəvi enerji mənbələri, həm də bərpa olunan enerji sahəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə edilib, Azərbaycan-EBRD əlaqələrinin inkişafına töhfələrinə görə xanım İvana Duarteyə təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.


  • 23-06-2021, 17:21