AZ   |   RU
Rusiya XİN rəhbəri ATƏT-in baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Qarabağ məsələsinin həlli üzrə Minsk Qrupunun fəaliyyətindəki iştirakına görə Rusiyaya minnətdardır".

Missiya.Az
xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Helqa Şmid Rusiyanın xarici işlər naziri Sergey Lavrovla baş tutmuş danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

“Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməsində Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini müzakirə etdik. Fəaliyyətini davam etdirdiyinə görə Rusiyaya minnətdarıq. Ümid edirik ki, onun fəaliyyəti, iştirakı davam edəcək. Hesab edirik ki, bu, mövqelərin yaxınlaşdırılması və sülhün əldə olunması üçün yaxşı platformadır”, - Şmid əlavə edib.


  • 21-06-2021, 17:24