AZ   |   RU
Azərbaycan lideri fransalı diplomatı Laçın-Xankəndi yolunda keçirilən aksiya barədə məlumatlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayo ilə söhbəti zamanı regional məsələlərə də toxunulub.

Missiya.Az
xəbər verir ki, bu barədə söhbət Prezident İlham Əliyevin yanvarın 26-da səfir Ann Buayonun etimadnaməsini qəbul edərkən aparılıb.

Dövlət başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu deyib.

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Dövlət başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.

  • 26-01-2023, 12:56