AZ   |   RU
Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb

Milli Məclisin payız sessiyası üçün son plenar iclası başlayıb.

Missiya.Az
xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi keçirilən iclasın gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında.

2. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanunu (II səsvermə).

3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş).

4. “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

5. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi (üçüncü oxunuş).

6. “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsi (üçüncü oxunuş).

7. Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

8. Mülki Prosessual Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

9. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

10. “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

11. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

12. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

13. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

14. “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

15. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

16. “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

17. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

18. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Milli Məclisin Müraciətinin təsdiq edilməsi haqqında Milli Məclisin qərarının layihəsi.


  • 30-12-2022, 11:14