AZ   |   RU
Rusiya Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasında üçtərəfli bəyanatlara istinad edir

“Rusiya rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatlara istinad edir”.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O vurğulayıb ki, məhz üçtərəfli bəyanatlar bu prosesin irəli aparılmasına etibarlı zəmin yaradır: “Biz həm Ermənistan, həm də Azərbaycan ilə müttəfiqlik öhdəliklərinə malik olduğumuzu nzərə alır, ona görə də vasitəçi qismində hər zaman bizə bu funksiyanı səmərəli şəkildə yerinə yetirməyə imkan verən mövqe tuturuq. Ümid edirəm ki, Ermənistan da bundan xəbərdardır”.


  • 29-12-2022, 14:28