AZ   |   RU
Uqanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənir

Uqanda Respublikasının BMT yanında daimi nümayəndəsi və Uqanda Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olub.

Missiya.Az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat yayılıb.

Bildirilib ki, səfər çərçivəsində baş tutan görüşlərdə 2023-cü ilin dekabr ayında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşünə hazırlıq məsələləri və Hərəkata sədrliyin səmərəli təşkili ilə bağlı Azərbaycanın müsbət təcrübəsi müzakirə edilib.
Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbərliyi tərəfindən qəbul edilən Uqanda nümayəndə heyətinə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin fəaliyyəti barədə məlumat verilib.

Daha sonra nümayəndə heyəti Qoşulmama Hərəkatının Gənclər Təşkilatının rəhbərliyi və Təşkilatın Azərbaycan bölməsinin nümayəndələri ilə görüş keçirərək Hərəkatın gələcək fəaliyyətində gənclərin rolu mövzusunda fikir mübadiləsi aparıb.


  • 9-12-2022, 14:54