AZ   |   RU
Lukaşenko Putinlə görüşəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda görüşəcək.

Misiya.Az “BelTa”ya istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko bildirib.

Bu gün Lukaşenko Primorsk diyarının qubernatoru Oleq Kojemyako ilə görüşən zaman Putinlə görüşdə bir sıra məsələlərin müzakirə olunacağını deyib. 

“Rusiya Prezidenti ilə görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsi müzakirə olunacaq. Bəzi xırda məsələləri həll etsək, ticarət dövriyyəsi həcminin artırılması istiqamətində böyük irəliləyiş olar. Bizim üçün əsas məsələ budur və 2022-ci il göstərdi ki, biz bunun öhdəsindən gələcəyik”, - deyə Lukaşenko qeyd edib.

Teymur Aslanov
Missiya.Az

  • 28-11-2022, 15:39