AZ   |   RU
Dövlət başçısı: "Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq"

"Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq".

Missiya.Az
xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib.
Prezident bildirib ki, Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir, çünki yüklərin daşınması daha asan olacaq:

"Ola bilsin ki, bir gün Zəngilan hava limanının beynəlxalq uçuş əlaqələri olacaq. Niyə də olmasın? Bura Azərbaycanın ən gözəl yerlərindən biridir, çox gözəl təbiəti, təbii bulaqları, çayları, ağacları var. Biz bütün lazımi infrastrukturu yaradanda bura cənnətin bir parçası olacaq. Eyni zamanda, bura Ermənistan sərhədindən uzaqda deyil. Ona görə də sirr deyil ki, bu hava limanı, həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək. Azərbaycandan keçən yüklərin həcminin artdığını və Azərbaycanın yük təyyarələri parkının genişləndiyini nəzərə alsaq düşünürəm ki, bu, bizim yük təyyarələri parkımız üçün təyinat məntəqələrindən olmalıdır və ola bilər. Yerləşməsi baxımından o, Avropaya yaxındır, cənuba daha yaxındır və ümumiyyətlə, Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq".

"Zəngilana dəmir yolu artıq tikilir, yəqin ki, siz onu görmüsünüz. Gələn il o, demək olar ki, Ermənistan sərhədinə çatacaq. Füzulidəki hava limanından hazırda fəal şəkildə istifadə olunur. Çox sayda qonaq, o cümlədən beynəlxalq qonaqlar ondan istifadə edirlər. Sözsüz ki, Laçındakı hava limanı xüsusi əhəmiyyətə malikdir, çünki Laçına gediş asan deyil. Oraya Kəlbəcər dağları vasitəsilə, - mən indini nəzərdə tuturam, - çatmaq olar ki, bu, bəzən yayda belə mümkün olmur, ya da Qubadlı vasitəsilə. Ona görə də bu, əsasən orada yaşayacaq insanlar üçün əhəmiyyət kəsb edir", - Azərbaycan Prezidenti qeyd edib.

  • 26-11-2022, 00:51