AZ   |   RU
Ermənistan TŞ: "Azərbaycandan keçən kommunikasiyalardan istifadədə maraqlıyıq"

"Ermənistan Azərbaycandan keçən rabitə və kommunikasiya vasitələrindən, məsələn, malların daşınması məqsədilə istifadə etməkdə maraqlıdır".

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 10-cu iclasındakı çıxışında deyib.

Qriqoryan qeyd edib ki, İrəvan regionda kommunikasiyaların açılması məsələsinin real həllində maraqlıdır, eləcə də Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətini dəstəkləyir.

"Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün səylər göstərir. Bu prosesdə MDB və BMT-nin fundamental sənədlərinə, eləcə də dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə mühüm rol verilir", - Qriqoryan əlavə edib.

  • 3-11-2022, 23:42