AZ   |   RU
Prezident: "Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi Səudiyyə Ərəbistanı ilə iqtisadi sahədə əməkdaşlıq imkanlarımızı daha da artır"

"Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi iqtisadi sahədə, xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarımızı daha da artırmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən olan “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisi bərpaolunan enerji sahəsində səmərəli əməkdaşlığımızın bariz nümunəsidir".

Missiya.A
z xəbər verir ki , bu fikirlər Prezident İlham Əliyevin İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Əminəm ki, qardaş xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı dostluq münasibətləri, güclü İslam həmrəyliyinə əsaslanan ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə genişlənəcək və möhkəmlənəcəkdir", - məktubda qeyd edilib.


  • 23-09-2022, 13:00