AZ   |   RU
Referendumlar Kiyevin mövqeyinə heç bir təsir göstərməyəcək –Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski qondarma Donetsk və Luqansk xalq respublikaları  (DXR və LPR), Xerson və Zaporojye vilayətlərində referendumlar keçiriləcəyinin elan edilməsinə baxmayaraq, Kiyevin mövqeyi və məqsədlərinin dəyişməz qalacağını deyib.

Missiya.Az Tass-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa videomüraciətində bildirib.
“Bizim mövqeyimiz kənardan gələn müdaxilələrlə dəyişmir və tərəfdaşlarımız bununla bağlı bizi tam dəstəkləyirlər”, - deyə Zelenski vuğulayıb.
 
Ukrayna prezidenti qeyd edib ki, bu gün əsas məqsədləri və vəzifələri Ukrayna silahlı qüvvələrinə, kəşfiyyata, xüsusi əməliyyat qüvvələrinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, Milli Qvardiyaya, polisə, sərhədçilərə daha çox dəstək verib diqqət ayırmaqdır.
 
Xatırladaq ki, qondarma LPR Xalq Şurasının spikeri Denis Miroşniçenko dünən elan edib ki, Rusiyaya birləşmək üçün sentyabrın 23-27-də referendum keçiriləcək. 

Daha sonra “DXR”-in rəhbəri Denis Puşilin də eyni vaxtda onlar da referendumun keçirəcəklərini açıqlayıb. Xerson və Zaporojye vilayətlərində də Rusiyanın tərkibinə daxil olmaq üzrə referendumlar eyni tarixlərdə təşkil olunacaq.
 
Teymur ASLANOV
Missiya.Az
 

  • 21-09-2022, 12:38