AZ   |   RU
Türkiyə lideri dünya ölkələrini Ukrayna ilə bağlı sülh təşəbbüsünə qoşulmağa çağırıb

Türkiyə Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həlli üçün bütün ölkələri özünün sülh təşəbbüsünü dəstəkləməyə çağırır.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.

"Biz Türkiyə olaraq, Rusiya-Ukrayna müharibəsinin yaratdığı sarsıntılarla mübarizə aparırıq. Biz mövcud böhranın həllində dialoq və diplomatiyanın əsas rolunu vurğulayırıq. Vasitəçi rolumuz sayəsində Rusiya və Ukraynanı Antalyada bir araya gətirdik. Biz Ukrayna taxılının dünya bazarına çıxarılmasını təmin etdik. İstanbul razılaşması danışıqların nəticə verdiyini göstərdi", - o deyib.


  • 20-09-2022, 20:25