AZ   |   RU
Heç kim bağışlanmayacaq - Paşinyan

Hər dəfə çıxış etdikdən sonra gülüş obyektinə çevrilən Nikol Paşinyan bu dəfə “alovlu” çıxış etməyə çalışıb.  

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Pşinyan Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə 44 günlük müharibədən danışıb. Paşinyanın çıxışı yaman “sərt” olub. O bildirib ki, “ordudan oğurluq edən heç bir general bağışlanmayacaq, hətta baş nazir də bağışlanmayacaq”.

Dünyaya özlərini “məzlum” xalq kimi göstərməyə çalışan ermənilərin oğru xisləti özünü hər sahədə göstərir. Dağılmış ordunu yenidən yığmağa cəhd edən erməni hakimiyyəti yüksək rütbəlilərin oğurluğundan təngə gəlib. Bunu hətta baş nazir də etiraf edir. Müharibənin şokunu hələ də atlada bilməyən ermənilər məğlubiyyətin günahkarlarını axtarmaqda davam edirlər.

Nikol Paşinyan deyib ki, biz cavab tapmalıyıq- “Niyə başqa çıxış yolu yox idi? Müharibənin bu cür nəticələnməsində maraqlı olan qüvvələr var idi və onlar nəinki maraqlı idilər, hətta Ermənistanda siyasi hakimiyyət dəyişikliyinə təşəbbüs göstərilməsini istəyirdilər”.

Paşinyan hüquq-mühafizə orqanlarının bu suallara cavab tapmaqda obyektiv olacağına inandığını və hakimiyyətin həqiqəti üzə çıxarmaqda maraqlı olduğunu deyib.  Hətta biraz da “əsəbiləşən” Nikol deyib ki, “Bu məsələdə güzəşt olmayacaq, ordudan oğurluq edən heç bir general bağışlanmayacaq, general olsun, çavuş olsun, baş nazir olsun, prezident olsun bağışlanma olmayacaq.”

Oğru, yalançı və vandal xislətli ermənilər indi də öz içlərindən ən oğruları axtarırlar. Deməli oğruların generalı da olurmuş.

Nəriman Sultanoğlu
Missiya.Az


  • 9-09-2022, 14:17