AZ   |   RU
Rusiyada vətəndaşlarına Yunanıstanla bağlı xəbərdarlıq: "Ehtiyyatlı olun"


Rusiya vətəndaşlarına Yunanıstana səfərlərlə bağlı xəbərdarlıq edib.  

Missiya.Az
haber7.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Yunanıstana səfər edən Rusiya vətəndaşları ehtiyyatlı olmalıdır.  

“Yunanıstan Rusiya vətəndaşları üçün təhlükəsiz ölkə deyil. Vətəndaşlarımızı ehtiyyatlı olmağa, hər hansı insident baş verərsə, dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələrini tövsiyə edirik” - deyə açıqlamada deyilir.

Açıqlamada Yunanıstan hakimiyyətinin anti-Rusiya çıxışlarına diqqət çəkilib, ölkə mediasının Ukrayna hadisələri ilə bağlı dezinformasiyalar yaydığı, Rusiya xəbər mənbələrinin bloklandığı vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstanda rusiyalı uşaq öldürülüb.

Teymur Aslanov
Missiya.Az


  • 24-06-2022, 18:19