AZ   |   RU
Dövlətimizə qarşı yeni kampaniya başlayıb: Xədicələrə yeni tapşırıq gəlib – Xəyanət davam edir…

Azərbaycanın 44 günlük Vətən Müharibəsində qələbə qazanması bir çox xarici, daxili qüvvələri qıcıqlandırıb. Qərəzli dairələr əksər hallarda öz məkirli planlarına sapı özümüzdən olan baltaları da alət edirlər. Sanki onlar bir mərkəzdən idarə olunur, eyni mərkəzdən komanda alırlar. Onların istifadə etdiyi tezislər, paylaşdığı statuslar eyni məzmunu əhatə edir. İndi də anti-Azərbaycan mövqeli dairələr tərəfindən idarə olunan şəxslər, Azərbaycan Ordusunun 16 noyabrda erməni təxribatına cavabına, sərhədlərimizin müdafiəsini təşkil edən Silahlı Qüvvələrin fəaliyyətinə kölgə salmağa, milli maraqlarımıza qarşı çıxmağa çalışırlar.
 

Anti-Azərbaycan dairələrdən təlimat alan şəxslərdən biri də jurnalist Xədicə İsmayıldır. O, 16 noyabr təxribatı ilə bağlı ermənipərəst status paylaşıb və belə təsəvvür yaratmağa çalışıb ki, guya Azərbaycan 16 noyabrda Ermənistan ərazisinə hücum edib, BMT prinsiplərini pozub.
 
Əslində 16 noyabrda Azərbaycan-Ermənistan dövlət sərhəddində nə baş vermişdi?
 
Rəsmi məlumata görə, noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında yerləşən mövqelərinə hücum edib. Azərbaycan Ordusu isə Ermənistanın təxribatına cavab vermək məqsədi ilə hərbi əməliyyata başlayıb və düşməni darmadağın edilib.
 
Ermənistanın noyabrın 16-da Azərbaycan ərazisinə hücum etməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinin 51-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Təbii ki, Azərbaycan Ordusu qeyd olunan maddəni əsas tutaraq, öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

 
Beynəlxalq aləm bilir ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur. Bu barədə  Prezident İlham Əliyev dəfələrlə fikirlər səsləndirib.
 
Rəsmi Bakının əsas məqsədi Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın müddialarının razılaşmaya əsasən həyata keçirilməsini təmin etməkdir.
 
Ermənistan üzərinə hansı öhtəlikləri götürüb?
 
1. Erməni qoşunu Qarabağdan çıxarılmalıdır;
 
2. Sərhədlərin delimitasiyasını həyata keçirməli və sonrakı mərhələdə Azərbaycanın ərazi bötüvlüyü tanınmalıdır;
 
3. “Zəngəzur dəhlizi” açılmalı və regiondakı digər kommunikasiyalar bərpa olunmalıdır.

 
Azərbaycanın mövqeyi və tələbləri dəyişməzdir! Rəsmi Bakı bölgəyə sülhün və sabitliyin gəlməsinin tərəfdarıdır.
İndi  gördüyümüz nədir: Azərbaycanın dəyişməz mövqeyi, qərarlarında iddialı olması və istəklərini Ermənistana diqtə etməsi ermənipərəst dairələr tərəfindən idarə olunan qrupları fəallaşdırıb.
 

Həmin qruplar görürlər ki, Azərbaycanın istəkləri həyata keçirilir, dəhlizlərin açılması istiqamətində irəliləyiş müşahidə olunur. Ona görə də Dövlətimizə qarşı kampaniya aparmaq qərarına gəliblər.

Komanda bu tezislərdən ibarətdir:
 
1. “Azərbaycan 16 noyabrda Ermənistanın suveren ərazisinə daxil olub” təsəvvürü yaradılmalıdır;
 
2. Azərbaycan beynəlxalq təşkilatlara, nüfuzlu dövlətlərə təcavüzkar kimi təqdim edilməlidir.

 
Təbii ki, təlimat gəlibsə, satqınlar həmin təlimatı canla-başla yerinə yetirməyə çalışırlar ki, sahibləri onlardan narazı qalmasınlar.
 
Bəs Azərbaycanı Ermənistana təcavüzdə ittiham edən, sahiblərini narazı salmamağa çalışan Xədicə İsmayıl kimdir?
 
Xədicə İsmayıl şəxsiyyət vəsiqəsində “azərbaycanlı” yazılsa da, ruhunu, əqidəsini xarici dairələrə satmış, sahiblərinin təlimatını qeyd-şərtsiz yerinə  yetirən zavallıdır.
 
Xədicə İsmayıl o şəxsdir ki, 30 ilə yaxın işğal altında olan Qarabağla bağlı birmənalı olaraq Dövlət və Milli maraqlardan çıxış etməyib bu konteksdə hər hansı yazıya müəlliflik etməyib. Əksinə, imkan düşdükcə maraqlarımızı baltalayıb, bizə düşmən olan dairələrin yanında yer alıb.

Azərbaycanın haqlı mövqedə olduğunu bildiyi halda Ermənistanı qınayan bir cümlə belə yazmayıb, xidmət etdiyi beynəlxalq təşkilatları ədalətli qərarlar çıxarmağa təşfiq etməyib. Xəticə İsmayıl heç vaxt Azərbaycanın faciələrinə ürək yandırmayıb və beynəlxalq təşkilatları Xocalıya ədalətə səsləməyib.

O, 30 ilə yaxın müddətdə 1 dəfə də olsun, BMT-ni Qarabağdan Ermənistan Silahlı Qüvvələrinin çıxarılması ilə bağlı qətnamələrini icra etməyə səsləməyib. Amma indi Azərbaycana qarşı BMT nizamnamələrini əsas gətirir və Silahlı Qüvvələrimizi guya Ermənistan ərazisinə müdaxilə etdiyi təsəvvürü yaratmağa çalışır.
 
Xədicə İsmayılın Azərbaycan xalqına, milli maraqlarımıza qarşı belə qəddar mövqe nümayiş etdirməsinin yalnız bir səbəbi var: O, tabe olduğu dairələrdən Azərbaycanın milli maraqlarına qarşı çıxmaqla bağlı təlimat alır və təlimatları əskiksiz yerinə yetirməyə çalışır.

Deyirlər ki, Azərbaycan bütün uğurlarına kölgə salın, bütün uğurları uğursuzluq kimi təqdim edin, xalqla hakimiyyət arasında nifaq salacaq mövqe nümayiş etdirin. Təkcə o deyil, Azərbaycan əleyhinə kampaniya aparan bütün “azərbaycanlılar” eyni mərkəzdən təlimat alırlar.
 
İndi sözümüz Xədicə İsmayıladır. BMT adını bu vaxta qədər bir dəfə də olsun dilinə gətirib, qətnamələrin icrasını tələb edən mövqe nümayiş etdirmədiyin halda, indi nə oldu ki, birdən BMT prinsipləri yada düşdü? Axı nə vaxta qədər Azərbaycanın milli maraqlarına qarşı çıxacaqsız? Nə qədər bu xalqın dəyərlərinə, milli mübarizəsinə xəyanət etmək olar? İnsan sərhədləri daxilində yaşadığı dövlətə, çörəyini yediyi xalqa qarşı nifrət bəsləyə bilərmi?..

 
Hakimiyyətə müxalif olmaq olar, amma milli maraqlara yox! Həqiqətən Azərbaycan xalqının Qarabağla, Ermənistanla bağlı yektil mövqeyi var. Xədicə İsmayıl və onun kimilər də Azərbaycan xalqının mövqeyini yaxşı bilir.

Təbii ki, Azərbaycan xalqı da hər şeyi görür və ədalətli qiymətləndirir. Xalq görür ki, həmin qüvvələr Azərbaycanın Vətən Müharibəsində qələbəsinə də kölgə salmağa çalışırdılar. Onların sırasında Xədicə İsmayıl da var idi.
 
İndi isə Azərbaycanın dövlət sərhəddində erməni təxribatına verdiyi cavaba başqa don geyindirmək istəyir və ölkəmizi təcavüzkar kimi təqdim etmək istəyirlər.
 
Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, təxribat olacaqsa, cavab veriləcək. Prezident İlham Əliyev boşuna demirdi ki, “dəmir yumruq” yerindədir.
 
Ölkəmizə qarşı anti-milli mövqe nümayiş etdirən bütün qüvvələr anlamalıdır ki, Azərbaycanın qarşısında daha heç bir güc dayana bilməz. Nə Xədicə, nə də Xədicənin bağlı olduğu dairələrdən qidalanan digər satqınlar Azərbaycanın planlarını poza bilməyəcək. 
 
Azərbaycanın hədəfi müəyyənləşib və öz məqsədlərinə doğru əmin addımlarla irəliləyir!


Missiya.Az

  • 19-11-2021, 19:40